ÜTT Rusiyanı üzvlükdən çıxartdı

2022-04-27 16:47:00

ÜTT Rusiyanı üzvlükdən çıxartdı

Ümumdünya Turizm Təşkilatı Rusiyanın üzvlüyünü dayandırdığını elan edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə qurumun Tvitter səhifəsində məlumat verilib.

“Rusiya Ümumdünya Turizm Təşkilatından çıxmaq niyyətini açıqlayıb. Müvafiq proses izlənilməlidir və onun başa çatması bir il çəkəcək. Amma dayandırma dərhal qüvvəyə minir!” – məlumatda deyilir.

Qeyd edək ki, Təşkilatın İcraiyyə Şurası martın əvvəlində Rusiyanın üzvlüyünün dayandırılmasını müzakirə etmək üçün tarixdə ilk iclas keçirmişdi. Müharibə başlayandan sonra belə bir təşəbbüslə Qvatemala, Litva, Polşa, Sloveniya və Ukrayna çıxış etmişdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya