Üstünüzə sağlıq, Avropada yeni virus yayılır
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Britaniyada 2 nəfərdə meymunçiçəyi virusuna tutulma faktı aşkar edilib. Bununla da 6 may tarixindən bəri qeydə alınan xəstələrin 9-a çatıb.
Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi meymun çiçəyi virusu yoluxmalarının əsasən, homoseksial və biseksual fərdlər arasında yayıldığını bildirib.
İspaniya və Portuqaliyanın da səhiyyə nazirlikləri yeni virusun yayılmağa başladığını bəyan ediblər.
Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən nadir xəstəlik olan meymunçuçəyinə Madriddə 8, Lissabonda 5 nəfərin tutulduğu xəbəri yayılıb.
Virus Avropada ilk dəfə 7 may tarixində İngiltərədə bir şəxsdə görünüb. Xəstəlik zamanı dərində səpgi və suluqlamalar, qızdırma, kürək və əzələ ağrıları, linfa düyünlərinin şişməsi müşahidə edilir.
Hürr Tərcüman