Saat:13:41
Haqqımızda

USTADA NƏZİRƏ – Samir Orucov yazır

2024-11-21 10:19:33

USTADA NƏZİRƏ – Samir Orucov yazır

Həkim ürəyimi təftiş eylədi,

Dost, yarı yanımdan tərxis eylədi,

Sonda mərəzimi təşxiş eylədi:

Dərd u qəm bir qədər, zökəm bir qədər.

 

Sevmədim səhərin ab-havasını,

Zəhərə oxşatdım lap havasını,

Gedib o dağların saf havasını

“Yanan ciyərimə çəkəm bir qədər”.

 

Gedir zirvələrin yolu ətəkdən,

Arı əl çəkərmi baldan, pətəkdən?!

Töküb bu şəhərin daşın ətəkdən,

Dağlarda alaçıq tikəm bir qədər.

 

Ustada, pis şey yoxdur bu təklik kimi,

Axı, xoşbəxt edər de, bu təklik kimi?

Ovçudan yayınan bir kəklik kimi,

Xınalı daşlarda səkəm bir qədər.

 

Demə, harda çatar bu ömrün sonu,

Şıltaq oyna sən bu şıltaq oyunu,

Allah nə yazıbsa, yaşarsan onu,

Nə artıq yaşarsan, nə kəm bir qədər.

 

Sonranı yadına sal, daş atanda,

Atan gərək atsın sal, daş atanda,

Bir daşı Əlövsət Saldaş atanda,

Daş sözdən bir qala, dikəm bir qədər.

Samir ORUCOV

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.237266