ÜST Qəzzadan Misirə təxliyə edilən körpələrin sayını AÇIQLADI
2023-11-21 00:20:34
Noyabrın 19-da Qəzza zolağında mühasirədə olan Əl-Şifa xəstəxanasından təxliyə edilən 12 vaxtından əvvəl doğulmuş körpə Qahirəyə, daha 16 körpə isə Əl-Ariş şəhərindəki xəstəxanaya yerləşdirilib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
"Bu gün Əl-Şifa xəstəxanasından təxliyə edilən 31 vaxtından əvvəl doğulmuş körpədən 28-i sağ-salamat Misirdə müalicə olunmaq üçün El Arişə aparılıb. Onlardan 12 körpə hava yolu ilə Qahirəyə göndərilib", - ÜST rəhbəri sosial şəbəkədə yazıb.
Qebreyesus, ÜST-nin Əl-Şifa Xəstəxanasına apardığı qiymətləndirmə missiyasından sonra tibb müəssisəsinin artıq işləyə bilməyəcəyini və bütün xəstələrin təcili təxliyə edilməli olduğunu söyləyib. \\Redaktor.Az