Saat:07:37
Haqqımızda

ÜST-dən QORXUNC PROQNOZ: 2022-ci ildə...

2021-10-21 15:25:00

ÜST-dən QORXUNC PROQNOZ: 2022-ci ildə...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoxsul ölkələrin kifayət qədər peyvənddən istifadə edə bilməməsi səbəbilə COVID-19 pandemiyasının lazım olandan bir il daha uzun sürəcəyini açıqlayıb.

Hurriyyet.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin yüksək səviyyəli idarəçilərindən biri Brus Elvord danışıb və bildirib ki, virus 2022-ci ildə də təsirli olacaq.

Qitələrin bir çoxunda insanların 40 faizi peyvənd olunduğu halda, Afrika qitəsində əhalinin 5 faizdən az hissəsi vaksin vurdurub.

B.Elvord dərman şirkətlərinin ən aşağı gəlirli ölkələrə üstünlük vermələri üçün zəngin dövlətləri peyvənd növbəsindəki yerlərindən imtina etməyə çağırıb: "Vaksinasiyanı sürətləndirmək lazımdır, yoxsa pandemiya lazım olduğundan bir il daha çox davam edəcək".

"The People's Vaccine" qeyri-hökumət təşkilatları ittifaqı dərman şirkətləri və zəngin ölkələr tərəfindən vəd edilən 7 dozadan yalnız birinin yoxsul ölkələrə çatdığını göstərən yeni məlumatlar yayımlayıb. COVID-19 peyvəndlərinin böyük əksəriyyəti yüksək gəlirli və ya orta gəlirli ölkələrdə hazırlanıb. Qlobal miqyasda tətbiq edilən dozaların yalnız 2,6 faizi Afrikada ərsəyə gətirilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR