Saat:19:56
Haqqımızda

ÜST-dən ilk dəfə sevindirici xəbər gəldi

2021-09-16 15:44:00

ÜST-dən ilk dəfə sevindirici xəbər gəldi

Hurriyyet.az xəbər verir ki, Ümumdünya Səhiyyə Nazirliyi ötən həftə koronavirusa yoluxma hallarında ilk böyük azalma statistikasının qeydə alındığı barəsində məlumat verib.

Türkiyənin NTV kanalının yaydığı xəbərə görə, ÜST ötən həftə qlobal miqyasda 4 milyona yaxın koronavirusa yoluxma hadisəsi qeydə alındığını bildirib. ÜST iki aydan artıq müddət ərzində dünyanın hər yerində yeni yoluxma sayında ilk dəfə böyük miqdarda azalma olduğunu açıqlayıb.

Virusdan ölüm hallarının da azaldığı, ən kəskin azalmanın isə Cənub-Şərqi Asiyada qeydə alındığı xəbər verilir.

Afrika qitəsində isə ölüm halları 7 faiz artıb. 180 ölkədə virusun delta variantına rast gəlinib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR