ÜST-dən açıqlama! “Pandemiya başa çatır”

2022-09-15 14:42:00

ÜST-dən açıqlama! “Pandemiya başa çatır”

Hurriyyet.az “Gazete”nəşrinə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının başa çatmaqda olduğunu, xəstəlik nəticəsində itirilən insan sayının həftəlik statistikasının 2020-ci ilin mart ayından bəri ən aşağı səviyyəyə düşdüyünü bildirib. ÜST-ün Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında Kovid-19, meymunçiçəyi epidemiyaları və Pakistandakı sel quranlarına tibbi xidmət mövzularında danışıb.

Tedros Qebreyesus ötən həftə ərzində koronovirus qurbanlarının sayının 2020-ci ilin mart ayından bəri ən aşağı səviyyədə olduğunu vurğulayaraq deyib: “Pandemiyanın bitməsi üçün heç bu qədər yaxşı vəziyyətdə olmamışdıq. Pandemiyanın sonunu görürük, lakin hələ orada deyilik. Bu vəziyyətdə ən pisi yerində dayanmaqdır. Daha sürətlə irəli qaçmalı və finiş xəttini keçməliyik. Bu fürsəti indi qiymətləndirməsək, daha çox variant, ölüm və qeyri-müəyyənlik risklərinə yol vermiş olarıq”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066391