ÜST-dən açıqlama: “Avropadakı istilər qiyamət əlamətidir”

2022-07-22 15:27:00

ÜST-dən açıqlama: “Avropadakı istilər qiyamət əlamətidir”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Avropadakı anormal istilərin “qorxunc olduğunu və qiyamət əlamətinə bənzədiyini” söyləyib.

ÜST-ün məlumatına görə, Portuqaliya və İspaniyada anormal istilər azı 1700 nəfərin ölümünə səbəb olub.

ÜST-ün Avropa bürosunun başçısı Hans Klyuge Avropada insanların ölümünə səbəb olan istilərin qorxunc olduğunu və “qiyamət əlaməti”nə bənzədiyini bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri anormal istilərin neqativ təsirinə qarşı müştərək plan hazırlamalıdırlar. Çünki bu istilər iqlim dəyişikliklərinin nəticələrindən biridir. Klyuge yazıb: “İndiki böhran cəmiyyətin sağlamlığını və bəşəriyyətin mövcudluğunu təhdid edir. Avropada insanların ölümlərinə səbəb olan anormal istilər qorxunc, misli görünməmiş və qiyamətə bənzərdir”.

Məmur yazıb ki, hökumətlər siyasi iradə göstərməli, boş danışıqlardan imtina elməli, Paris müqaviləsində nəzərdə tutulmuş proqramı reallaşdırmalıdırlar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.052050