“Uşaq öskürürsə bu qidaları yeməsin” – “TANINMIŞ HƏKİMDƏN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ”

2022-12-03 20:26:00

“Uşaq öskürürsə bu qidaları yeməsin” – “TANINMIŞ HƏKİMDƏN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ”

Uşaq öskürürsə bunları yeməsin :Portağal, narıngi, kivi, nar, araxis, qoz, inək südü, bal, şokolad, şirniyyat, keçibuynuzundan başqa doşablar..(mövsümündə çiyələk, şaftalı) 

Niyə? Çünki bunlar allergik fonu gücləndirən məhsullardır. Sual verə bilərsiz ki, mənim uşağımın öskürəyi virusdan sonra oldu, yəni allergik deyil, yaxud mənim uşağım umumiyyətlə allergik deyil və bu məhsulları həmişə rahatlıqla yeyib. Bu sözləri tanınmış Həkim Pediatr Aytən İsmayılzadə öz Facebook səhifəsində paylaşıb 

Məsələ bundadır ki, bu məhsullar allergiya törətməkdə potensial məhsullardır. Yəni potensial cinəyatkardırlar. Yəni bir cinayət baş verəndə ilk kimlərdən şübhə edilirsə bu məhsullar da o cürdür:allergik reaksiya varsa ilk olaraq bu məhsullara baxllır.

Əgər uşaq allergik uşaqdısa, ki bu da gunumuzdə mən deyərdim ki, 80% belədir., məhz bu məhsullara qarşı yüksək həssaslığı olmasa belə öskürək zamanı onları verməyəcəyik.Çünki virus infeksiyası zamanı da allergik vəziyyət aktivləşmiş olur. Və digər potensial allergenlər burda tətikləyici iş görürlər və prosesin düzəlməsini ləngidirlər. Birinci ona görə ki, virus infeksiyası həm də mədə-bağırsaq sistemini zədələyir, bağırsaqda sıx təmas sistemini pozaraq “dəlikli” bağırsağın yaranmasına gətirir. Belə olanda hər şey rahatləqla qana keçir, və allergik uşaqda onsuz da həssas olan immun sistemi bir az da həssaslaşır.

Əgər biz uşaq müəyyən bir şeydən dəridə allergik reaksiya verəndə pəhriz təyin ediriksə, eləcə də bronx həssaslığı zamanı da belə etməliyik. Məsələn, uşaq yumurtadan səpdi. Biz ona səpdiyi müddətcə “onsuz da apelsinə allergiyası yoxdur” deyib apelsin verməli deyilik. Çunki apelsin də bu zaman əsas cinayətkar olmasa da, cinayətə şərait yaradan olacaq.

Eləcə də bronx allergiyası ( bronxospazm, öskurək) zamanı da bu prosesi törədən virus olsa belə baöırsaadan gələ biləcək bütün digər allergenlərin qarşısını almağa çalışmalıyıq, nəinki onların artması.Bu ona bənzəyir ki, düşməni tanıyırıq, amma düşmənin distlarını da tanıyıb onlarla da ehtiyatlı davranmalıyıq. Bronx həssaslığı seliyin artması, bəlğəmin yaranması və öskürək ilə, digər halda bronxlarda sıxılma, tutmaşəkilli öskürək, inağ ilə özünü göstərə bilər. İstəniıən səbəbli öskürək zamanı pəhriz mütləqdir. Selikli qişanı qıcıqlandıran məhsullardan uzaq olmaq lazimdir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.280000