Saat:07:51
Haqqımızda

Uşaq onu sancan ilanı dişlədi, ilan öldü, uşaq isə...

2022-08-11 11:23:00

Uşaq onu sancan ilanı dişlədi, ilan öldü, uşaq isə...

Hurriyyet.az onedio.com portalına istinadla xəbər verir ki, Türkiyənin Bingöl vilayətinin Kantar kəndində ağlagəlməz hadisə baş verib. 2 yaşlı bir qız dərhal reaksiya verərək onu sancan ilanı dişləyib. Uşağın atası hadisə zamanı işdə olduğundan onu qonşular xəstəxanaya aparıblar. Həkimlər uşağın vəziyyətinin yaxşı olduğunu söyləyiblər. Balaca qız hazırda həkimlərin nəzarətində saxlanılır. Qızın atası Mehmet Mercan deyib: “Allah onu bizə bağışladı. Qonşuların dediyinə görə, ilan uşağın əlində imiş, onunla oynayırmış. Sonra onu sancıb”.

2 yaşlı S.E. adlı qızın bağçada oynadığı zaman qışqırdığını eşidən qonşu 50 sm uzunluqda ilanın uşağın ağzında olduğunu görüb. İlanın sacmasına refleks göstərən uşaq da onu dişləyib. Qonşu ilanı uşağın əlindən alaraq öldürüb.

Bəlli olduğu kimi, Azərbaycanda insanın şüurunun hələ formalaşmadığı, heç nəyi tanıyıb dərk eləmədiyi, qorxmadığı, qorxu və təhlükənin nə olduğunu bilmədiyi körpəlik dövrünə “ilanboğan vaxtı” deyirlər. Deyilənə görə, bu ifadə ilanı öldürən bir uşaq haqqında əfsanədən götürülüb. Günümüzdə görürük ki, hər bir əfsanədə həqiqət payı da var.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR