Uşaq evində böyüyən ŞƏHİDLƏRİMİZ - VİDEO

2022-09-20 14:10:00

Uşaq evində böyüyən ŞƏHİDLƏRİMİZ - VİDEO

Valideyn himayəsindən məhrum uşaqlar və yeniyetmələr uşaq evləri və internatlarda təhsil alırlar. Sonradan onlar da cəmiyyətin tam hüquqlu üzvü olur və müxtəlif sahələrdə çalışırlar.

Hurriyyet.az baku.ws-ə istinadən xəbər verir ki, lazım gəldiyi zaman vətənin çağırışına səs verib əlinə silah alır və müdafiəsinə qalxırlar. Yaxın tarixə nəzər salsaq, internat məzunu olmuş gənclərimizin böyük şücaət göstərməsinin şahidi olarıq. Onların torpaqlarımızın işğaldan azad edilməsində fəal iştirak etməsi ilə bağlı nümunələr mövcuddur.

İkinci Qarabağ Müharibəsində iştirak etmiş və şəhidlik zirvəsinə ucalmış Əmrah Rəcəbov və Nicat Salahov Gəncə Uşaq Evində böyüyüb boya-başa çatıblar.

Ötən gün Azərbaycan-Ermənistan sərhədində ermənilərin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən Səbuhi Əhmədov da "SOS Uşaq Kəndləri"nin məzunudur.

Məlumat üçün bildirək ki, 44 günlük Vətən Müharibəsində şücaət göstərmiş, düşmənə ağır zərbələr endirmiş və torpaqlarımızın işğaldan azad edilməsində pay sahibi olan və sağ qalmağı bacaranlar arasında da internat evlərində böyüyən gənclər var.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.115982