USAID Özbəkistanda biznesə dəstək layihəsi çərçivəsində qrant verəcək
2024-09-17 13:59:55
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Özbəkistanda biznesə dəstək layihəsi çərçivəsində yeni qrant müsabiqəsi elan edib.
Proqram biznes mühitini yaxşılaşdırmaq və tekstil, turizm, yaşıl iqtisadiyyat və informasiya texnologiyaları (İT) kimi əsas sektorlarda artımı stimullaşdırmaq məqsədi daşıyır. Qadınların, gənclərin və əhalinin həssas qruplarının dəstəklənməsinə yönəlmiş layihələrə xüsusi diqqət yetiriləcək.
Qrant məbləğləri 25.000 ABŞ dolları ilə 100.000 ABŞ dolları arasında dəyişir, USAID əksər şirkətlər üçün layihə dəyərinin 50%-ni maliyyələşdirir. Qadınlara və gənclərə yönəlmiş layihələr üçün agentlik xərclərin 80%-ni qarşılayacağını vəd edir.
Ülviyyə, Hurriyyet.az