"Uşağını atıb qaçan ana-ataları qınamamalıyıq" - VİDEO
Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində küçələrdə qalan ataya övladının sahib çıxmamasından danışıb. Axşam.az xəbər verib ki, aparıcı övladın valideyninə qarşı etdiyi bu hərəkətin müqabilində uşağını atıb gedən ana-atalara haqq qazandırdığını deyib:
"Ən ideal bildiyiniz övlad da bir gün yerə düşsəniz, inandırım sizi ki, 10 gün və ya 1 ildən sonra ürəyində də olsa deyəcək ki, "Ay Allah, o mənə narahatlıq verir". Çalışın, düşməyin, yıxılmayın. Allah bütün yaşlı nəslə sağlamlıq versin. Sağlamlığınızı qoruyun. Həyatınızı, ömrünüzü uşaqlar üçün çürütməyin. Kimsə mənim bu fikrimi övlad-valideyn münasibətlərinin soyuması kimi təqdim edəcəksə, səhv edir. Bu günə qədər gördüyüm təcrübədən bilirəm. Bu şəxs sağlam olanda, ayaqları üzərində duranda hamıya lazım idi, indi isə heç kimə lazım deyil. Çünki o indi artıqdır, yer tutur. Kiminsə otağı dardır, evi yoxdur, kimsə kirayədə qalır. Onda biz niyə uşağını atıb qaçan ana və ataları qınayırıq? Onları qınamamalıyıq. Xəstə kişini "Mən kirayədə qalıram, atamı haraya gətirim?" deyən övladı zamanında ata da deyir ki, "Mənim də saxlamağa yerim yoxdur, qoyub gedirəm".