Uşağı vuran tərbiyəçinin kimliyi açıqlandı - Rəsmi

2022-01-14 10:37:00

Uşağı vuran tərbiyəçinin kimliyi açıqlandı - Rəsmi

İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb.

Bu barədə DİN-dən Hurriyyet.az-a məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır:

“Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi-müəlliməsi, 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək”.