Saat:04:14
Haqqımızda

Ursula fon der Lyayenə qarşı cinayət işi açıldı

2024-05-15 11:53:12

Ursula fon der Lyayenə qarşı cinayət işi açıldı

Menhenqladbax prokurorluğu Ursula fon der Lyayenə(CDU) ilə bağlı araşdırma aparır. Avropa Prokurorluğu (EPPO) istintaqa başladıqdan sonra, mayın 7-də onu ilk olaraq Almaniya prokurorluğu təqib edib. Belə ki, idarəetmə üzrə məsləhətçi Maykl İmmel artıq cinayət işi açıb.

Əsas ittihamlar isə xəyanət və korrupsiyadır. Fon der Lyayenin 2021-ci ilin əvvəlində “Pfizer”in baş direktoru Albert Burla ilə yazılı mesajı vasitəsilə peyvənd müqavilələri bağladığı və bunun əvəzində Aİ-yə 35 milyard avro dəyərində 1,8 milyard peyvənd dozası təqdim edildiyi bildirildi. Ehtimal edilir ki, fon der Lyayen sonradan sözügedən mesajları silib və buna görə də EPPO, digər şeylərlə yanaşı korrupsiya və sübutların məhv edilməsi ittihamı ilə bağlı araşdırma başladıb.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.304869