Urmu şəhərində yenidən etiraz aksiyası başlayıb

2022-09-21 15:49:00

Urmu şəhərində yenidən etiraz aksiyası başlayıb

İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinə bu gün səhər saatlarından yenidən xüsusi təyinatlı qüvvələr və zirehli texnikalar yeridilib.
Sosial media fəallarının verdiyi məlumata görə, sentyabrın 21-i günortaya yaxın Urmu şəhərində etiraz aksiyaları başlayıb.
Məlumata görə, aksiyaların başlandığı dəqiqələrdə polis və xüsusi təyinatlı qüvvələr etirazçılara hücum edib, bir neçə nəfər saxlanılıb.
Şəhər mərkəzi küçələrindən olan "oləvi"də etirazçı qadınlara qarşı təhqiramiz ifadələr işlədərək onlara hücum edən mülki geyimli təhlükəsizlik məmurunun qadınlar tərəfindən döyüldüyünü əks etdirən görüntülər yayılıb. 

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058831