Saat:03:47
Haqqımızda

Urmiyada azərbaycanlılar ayağa qalxdı - Təbriz və Ərdəbildən DƏSTƏK

2025-03-24 09:35:18

Urmiyada azərbaycanlılar ayağa qalxdı - Təbriz və Ərdəbildən DƏSTƏK

Güney Azərbaycanın Urmiya şəhərində etiraz aksiyaları geniş vüsət alıb. Şəhərin türkdilli əhalisi – Azərbaycan türkləri Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmədiklərini və bu məsələdə İran hökumətinin siyasətinə açıq şəkildə etirazlarını bildiriblər.

Onlar türk düşmənlərinə, Qərbin və İran rejiminin dəstəklədiyi terror təşkilatlarına və havadarlarına küçələrə çıxmqala etiraz ediblər.

Aksiya iştirakçıları "Azərbaycan var olsun, istəməyən kor olsun!", “Urmu Kürdüstan olmaz, bu torpaqdan pay olmaz!” şüarları səsləndiriblər.

Qeyd edək ki, İran hökuməti Urmiyada əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinə Novruz bayramı ilə bağlı tədbirlər keçirməyə icazə vermədiyi halda, kürdlərə belə qadağa tətbiq etməyib. Kürdlər də öz tədbirlərində Azərbaycan ərazilərinə iddalarını səsləndirib, Urmiyanın "kürdistan" olduğunu bildirərək öz bayraqlarını qaldırıblar.

Nəticədə Urmiyanın türkdilli əhalisi ayağa qalxmağa məcbur olub.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu bildirib ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində rejimin siyasətinə qarşı zaman-zaman etirazlar baş verir, insanlar küçələrə axışır, şüarlar səsləndirirlər:

"Zaman keçir, bu şəhərlərdə nisbi sakitlik bərqərar olur və rejimə elə gəlir ki, növbəti təhlükə də sovuşur. Əslində rejim üçün təhlükə sovuşmayıb, çünki Tehran və Qum baş verənlərdən nəticə çıxarmırlar, əksinə repressiyaları gücləndirməyə çalışır, həbslərin sayını artırırlar", - o qeyd edib.

Politoloq bildirib ki, İranı idarə edənlər Urmiyada baş verənlərə səssizdirlər, halbuki Güney Azərbaycanın bu şəhərində baş verənlərin Təbrizə, Ərdəbilə və digər şəhərlərə də sıçraması ehtimalı var:

“Yəqin düşünürlər ki, Urmiya sakinləri bir neçə gün şüarlar səsləndirib evlərinə çəkiləcək və gündəlik sosial problemlərinin həlli ilə məşğul olacaqlar. Ancaq hesablarının yanlış çıxacağını ehtimal etmirlər. İndi 1979-cu il deyil ki, İrandakı xalqları hansısa ortaq düşmənə qarşı mobilizə etmək mümkün olsun. ABŞ və İsraillə artan gərginlik İraqla 8 illik müharibədən fərqlənəcək”.

Modern.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.162949