Saat:05:35
Haqqımızda

UNUTMAYAQ! ŞƏHİD balalarım!

2021-09-21 09:25:00

UNUTMAYAQ! ŞƏHİD balalarım!

Siz təkcə torpaqlarımızı azad etmədiniz ki... 

Siz qürürumuzu, ləyaqətimizi, mənliyimizi xilas etdiniz.

Siz xalqın sevinc göz yaşlarını, illərdi qeybə çəkilmiş təbəssümünü qaytardınız özünə!

Siz zamanı sıxıb da dondurub, bizləri Uca Yaradana yaxınlaşdırdınız - müqəddəsliyi əlçatan, ünyetən etdiniz. Və indi bizlər bu müqəddəsliyi, az qala nəfəsimizlə, az qala varlığımız, ruhumuzla duya bilirik...

Siz, bir göz qırpımlıq qısa ömrünüzü qəhrəmanlıq toxumuna döndərib  torpaqlarımıza səpildiniz...

...Səpildiniz və üstəlik qanınızla suvardınız ki, sabah vətənimizin bağrında saysız-hesabsız igid oğullar cücərsin!..

ŞƏHİD olmağı xalqın arzusuna çevirən şəhid balalarım!

Kaş sizin yerinizə mən olaydım!..

Kaş sizin əvəzinizə mən öləydim!..

Eldəniz QULİYEV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.155654