Universitet rəhbəri Selcanxatun Məmmədova kimin qızıdır?
Azərbaycan Universitetinin rəhbəri Selcanxatun Məmmədova kimdir?
Yarandığı gündən 2022-ci ilədək Fazil Məmmədov Azərbaycan Universitetinin təsisçisi olub.
Hurriyyet.Az Oxu24.com-a istinadla xəbər verir ki,hazırda Azərbaycan Universitetinin rəhbəri mərhum Fazil Məmmədovun qızı Selcanxatun Məmmədovadır.

Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.
1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.
1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.
2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.

04.11.2022-ci ildə Fazil Məmmədov dünyasını dəyişib.
Qeyd edək ki, Selcanxatun Məmmədovanın qayınatası, sabiq nazir müavini Namiq Əliyev keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqovla qudadır.
Universitetin rektoru Selcanxatunun bibisi qızı Səadət Əliyevadır.
Selcanxatunun həyat yoldaşı Əbdül Əliyevin hazırda İngiltərədə bir neçə şirkəti fəaliyyət göstərir. Xanım isə atasından qalan şirkətlərə rəhbərlik edir.

Hazırladı: Nigarxanım
