"UNİBANK"da kütləvi ixtisar olub? - RƏSMİ AÇIQLAMA

2023-08-25 22:01:18

“Unibank” ASC-nin ilin əvvəlindən etibarən 100-dən çox işçisini ixtisar etməsi ilə bağlı məlumat yayılıb. 

Məlumata görə, 2022-ci ilin sonuna bankın işçilərinin sayı 2008 nəfər təşkil etdiyi halda, 2023-cü ilin mart ayında işçi sayı 1981 nəfərə kimi, bu ilin iyun ayının sonuna isə 1905 nəfərə kimi azalıb. Başqa sözlə, bank son altı ayda 103 nəfər işçisini, son rübdə isə 76 işçini ixtisar edib.

Məsələ ilə bağlı “Unibank”dan News24.az-a bildirdilər ki, bankda kütləvi ixtisar prosesi aparılmayıb. 

“Bu haqda yazılanlar şayiədir. Hazırda “Unibank”ın işçi sayı 1900 nəfərdən artıqdır. Bu qədər çoxsaylı işçi sayına malik kollektivdə kimlərinsə öz istəyi ilə işindən ayrılması və yaxud əmək müqaviləsinə son verilməsi bütün iş yerləri üçün mümkün prosesdir. Bu ilin əvvəli ilə müqayisədə 1 iyul tarixinə bankın işçi sayının 103 nəfər azalmasına gəlincə isə 6 ay ərzində onların bir hissəsi işdən öz istəyi ilə, bir hissəsi isə əmək müqaviləsi bitdiyi üçün ayrılıb. Ötən ilin sonunda 2000-dən çox əməkdaşın çalışdığı bir şirkət üçün bu sayda işçi yerdəyişməsinin olması mümkün prosesdir. Unibank ölkənin ən böyük işəgötürənlərindən biridir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140714