Umudov Elgün Firdovsi oğlu ölkədən çıxa bilməyəcək - 550 min borcu var...

2022-07-22 17:31:00

Umudov Elgün Firdovsi oğlu ölkədən çıxa bilməyəcək - 550 min borcu var...

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Umudov Elgün Firdovsi oğlu barəsində məhkəmə iddiası qaldırıb.

Hurriyyet.az yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iclasının 1 avqust tarixində saat 15:00-da Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın sədrliyi ilə keçiriləcəyi bildirilir.

Bildirilir ki, məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, Umudov Elgün Firdovsi oğlu ötən il eyni gündə, eyni nizamnamə kapitalı ilə eyni ərazisdə qeydiyyata alınan 5 şirkətə rəhbərlik edir. Bu şirkətlər qısa müddət əvvəl (7 ay) dövlət qeydiyyatına alınsalar da böyük həcmdə vergi borcları yaranıb.

Aşağıdakı cədvəldə şirkətlərin adı və dövlət büdcəsinə olan vergi borcları qeyd olunub:

Umudov Elgün Firdovsi oğlu ölkədən çıxa bilməyəcək

Onu da qeyd edək ki, nə adları yuxarıda qeyd olunan şirkətlər, nə də Umudov Elgün Firdovsi oğlu barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Daha əvvəl eyni ünvanda yaradılan çoxsaylı şirkətlərin vergi borcları barədə məlumatlar vermişdik.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064616