Ümid edirik ki, bu gün razılığa gələcəyik - Umerov
2025-12-15 21:19:24
Günün sonuna kimi bizi sülhə yaxınlaşdıracaq razılığa gələcəyimizə ümid edirik.
Bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Berlindəki danışıqları şərh edərkən X hesabında yazıb.
Umerov bildirib ki, Stiv Uitkoff və Cared Kuşnerin rəhbərlik etdiyi ABŞ nümayəndələri son dərəcə konstruktiv fəaliyyət göstərir.
Qeyd edək ki, bu gün Berlində ABŞ və Ukrayna arasında danışıqlar keçirilib. Danışıqlar 2 saata yaxın davam edib.\\Bakupost.az
