Umerov: "Xəbərlər yalandır, Ukrayna ABŞ-nin sülh planının şərtlərini qəbul etməyib"
2025-11-21 13:18:00
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MMTŞ) katibi Rüstəm Umerov səfər zamanı ABŞ sülh planının layihəsini müzakirə etdiyini, lakin onun müddəaları ilə razılaşmadığını bildirib. O, "iddia edilən "razılaşma" və ya "müddəaların çıxarılması" ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını" vurğulayıb.
"Axios" nəşri Umerovun şərhlərinin əksəriyyətinin 28 maddəlik plana daxil edildiyini bildirmişdi. Nəşrin yazdığına görə, ona məlumat verən rəsmi mənbə Ukraynanın sənədin bir sıra müddəalarına etiraz etdiyini deyib.
Hürr Tərcüman
