Saat:12:36
Haqqımızda

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

2024-11-28 21:15:43

"Ulu Göyçə" Məhdud Məsuliyyətli Müəssisəsi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fərid Nəsimiyevin icraatındadır. \\Valyuta.az