ULAMAQ İSTƏYİ – Eldəniz Quliyev yazır

Xocalı şəhidlərinə ithaf
Havadan qan qoxusu gəlirdi. Ermənilər kəndi təzəcə tərk eləmişdilər...
Cavan bir əsgər mənə yaxınlaşdı:
- Siz burda kino çəkəcəksiniz?
- Hə, - dedim.
- Dalımca gəlin!..
Dinməzcə arxasınca düşdüm. Kəndn aşağı hissəsində ensiz bir arx vardı. Əsgər arxın kənarındakı tənha ağaca çatıb dayandı.
- Budu... - dedi və nə üçünsə səsi titrədi. - Ermənilər Xocalıdan əsir götürdükləri qız-gəlinlərimizin dördünü bu kənddə saxlayıllarmış!.. – Deyəsən, bu dəfə onun bütün vücudu əsdi. - Bir həftə əvvəl it uşaqları həmin qızları saçlarınnan... hörüklərinnən bax bu ağacdan asıblar... Meyitlər... meyitlər ağırlaşıb düşüb... amma ...
- Nə amma?! - Öz səsimə özüm diksindim.
- Saçları... saçları başın dərisiylə birgə... – Sözünə davam edə bilməyib... için-için inlədi.
Elə bil qəfl yerə mıxladılar məni. Ürəyimin döyüntüsünü gicgahlarımda hiss etdim...
... Ağacın əyriş-üyrüş budaqlarından... iki cüt hörük sallana qalmışdı... Və bu an mən... ulamaq, it kimi ulamaq istədim...
Amma o vaxt heç ağlıma da gəlməzdi ki, bu qərib hörüklər ağır daş parçalarına çevrilib həmişəlik ürəyimdən asılı qalacaq...
Eldəniz QULİYEV
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya