Saat:07:33
Haqqımızda

"Ukraynaya qarşı müharibədə uğursuzluq Putinin özünə inamını itirməsinə səbəb olub" - XAQANİ CƏFƏRLİ

2022-11-30 10:44:00

"Hərbçilərin anaları və həyat yoldaşlarının yaratdığı Şura Putinə müraciət edərək, onu qorxmursa saxta əsgər anaları ilə deyil, yaxınlarını müharibədə itirən qadınlarla görüşməyə çağrıblar"

"Terrorçu Rusiya rejiminin başçısı "əsgər anaları" ilə görüşdə o qədər sərsəm açıqlamalar səsləndirib ki, Putinin başının pozulması, ağlını itirməsi haqqında rəy yaranmağa başlayıb. Putin statistikaya istinad edərək, Rusiyada yol qəzalarında hər il təxminən, 30 min, spirtli içkilərdən də təxminən o qədər insanın öldüyünü bildirib. Yol qəzalarında və ya spirtli içkilərdən ölənləri nəzərə tutaraq belələrinin yaşayıb, yaşamadığının hiss olunmadığını qeyd edən Putin Ukraynada ölənlərin məqsədlərinə çatdığını bildirib". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloqun sözlərinə görə, terrorçu Rusiya rejiminin başçısı həmçinin, "Biz hamımız faniyik və bir gün hamımız bu dünyanı tərk edəcəyik", deyə bildirib: "Bununla Ukraynada ölənlərin nə zamansa öləcəyinə işarə edərək, Ukraynaya qarşı cinayətkar müharibədə ölənlər üçün gözyaşı tökməyin mənasız olduğuna işarə edib. Putinlə görüşdə iştirak edən 17 qadının əksəriyyətinin məmur və iqtidaryönlü təşkilatların fəalları olduğu artıq sübut olunub. Ancaq bu Putinin görüşdə özünü çox inamsız aparmasının və sərsəm açıqlamalar verməsinin qarşısını almayıb. Aydın görünür ki, Ukraynaya qarşı müharibədə uğursuzluq Putinin özünə inamını itirməsinə səbəb olub. Buna görə də həqiqi əsgər anaları ilə görüşməkdən yayınır".

Ukraynaya qarşı müharibəyə səfərbər olunmuş hərbçilərin anaları və həyat yoldaşlarının yaratdığı Şura isə Putinə müraciət edərək, onu qorxmursa saxta əsgər anaları ilə deyil, yaxınlarını müharibədə itirən qadınlarla görüşməyə çağrıblar: "Qadılar Putinə meydan oxumaqdan da çkinməyiblər: "Sən kişisən, yoxsa nə?" Bir zamanlar dünyanın bir nömrəli siyasətçisi, prezidenti adlandırılan Putin indi bu vəziyyətə düşüb. Ancaq bu da son deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR