Saat:10:42
Haqqımızda

“Ukraynaya görə ABŞ və NATO-nun iki ciddi problemi yaranıb” – Ağ Ev üçün AĞIR YÜK

2022-07-01 22:10:00

“Ukraynaya görə ABŞ və NATO-nun iki ciddi problemi yaranıb” – Ağ Ev üçün AĞIR YÜK

dü“Qərb ölkələri Ukraynaya silah tədarükünə görə hərbi arsenalın kəskin azalması ilə üzləşib”.

Bu barədə “Asia Times”ın analitiki Stiven Brayan bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyət ABŞ və onun Şimali Atlantika Alyansındakı müttəfiqlərini təhdid edir.

Ekspert qeyd edib ki, Ağ Ev rəhbərliyi tərəfdaşları ilə birlikdə iki ciddi təhlükə ilə üz-üzə qalıb. Onlardan birincisi Ukrayna böhranının kəskinləşməsi ilə bağlıdır:

“Qərbin Ukraynanı eyni şəkildə dəstəkləməyə davam etməsi üçün kifayət qədər arsenalı yoxdur”, – Brayan vurğulayıb.

Məqalə müəllifi onu da əlavə edib ki, Vaşinqtonu gözləyən ikinci təhlükə Asiyada – Koreya və ya Tayvanda hərbi əməliyyatların baş verməsi riskidir:

“Bu, Birləşmiş Ştatlar üçün demək olar ki, dözülməz bir yükə çevriləcək. Koreya və Yaponiyadakı Amerika qüvvələri artıq ciddi hərbi təchizat çatışmazlığı ilə üzləşir” – amerikalı jurnalist fikirlərini tamamlayıb. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR