Saat:04:11
Haqqımızda

Ukraynaya gizli icazə verilir: Rusiya vurulacaq!

2024-09-21 09:12:47

Ukraynaya gizli icazə verilir: Rusiya vurulacaq!

Ukrayna yaxın həftələrdə Rusiya ərazisinə raket atmaq üçün gizli icazə ala bilər.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya və ABŞ icazə verməyə hazırlaşır, lakin onlar bunu yalnız ilk raketlər buraxıldıqdan sonra rəsmi şəkildə elan etmək istəyirlər.

Belə ki, mənbələr ABŞ-ın ilk növbədə Ukrayna Prezidenti Vladimir Zelenskinin müharibə planını görmək istədiyini bildirib. Yekun qərar gələn həftə BMT Baş Assambleyasında təsdiqlənə bilər.

Qeyd edək ki, Zelenski bir neçə aydır ki, Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etmək üçün icazə istəyir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208979