Ukraynanın vurduğu "Moskva" kreyseri batdı - Rusiya MN

2022-04-15 10:08:00

Ukraynanın vurduğu

Rusiyanın "Moskva" raket kreyseri batıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğında gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserini “Neptun” raketləri ilə vurub. "Moskva" kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmi diviziyasının bir hissəsi idi.

Məlumat üçün bildirək ki, “Neptun” raketləri ilə vurulan Rusiyanın “Moskva” kreyseri Ukrayna ilə iki aylıq müharibədə ruslar üçün ən bahalı itki olub. Belə ki, Ukraynaya 26 milyon dollara başa gələn “Neptun” raketlərinin iki məqsədyönlü atışı Rusiyaya 750 milyon dollar itkiyə səbəb olub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya