"Ukraynanın uğurlu müqaviməti Putinin avtoritar hakimiyyətini sarsıdıb" - XAQANİ CƏFƏRLİ

2022-05-05 12:39:00

"Cəmi 4-5 ay əvvəl Putini tənqid etməkdən, Rusiyanın əleyhinə fikir bildirməkdən çəkinənlər indi rəsmi Moskvanın ünvanına ən sərt ifadələrdən istifadə etməkdən çəkinmirlər"

"Ukraynanın Rusiya işğalına qarşı uğurlu müqaviməti Putinin avtoritar hakimiyyətini sarsıdıb və bütün dünyada avtoritarizmi qorxuya salıb. Ukraynanın qələbəsi isə Rusiya başda olmaqla, çox geniş çoğrafiyada avtoritarizmin məhv olmasına səbəb olacaq". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, avtoritarizmin bu sonluğu hər ötən gün daha çox aydın görünür və mövqe dəyişikliklərinə səbəb olur: "Cəmi 4-5 ay əvvəl Putini tənqid etməkdən, Rusiyanın əleyhinə fikir bildirməkdən çəkinənlər indi rəsmi Moskvanın ünvanına ən sərt ifadələrdən istifadə etməkdən çəkinmirlər. Halbuki avtoritarizmə qarşı müharibə ötən ilin iyunun 10-da, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson tərəfindən Atlantika Xartiyasının imzalanması ilə elan olunub. Uinston Çörçill və Franklin Ruzvelt tərəfindən 1941-ci ilin 14 avqustunda imzalanmış birinci Xartiya liberal-demokrat dünyanı faşizm və kommunizmdən qorumaq məqsədi daşıyırdı və qarşısına qoyduğu məqsədə nail oldu".

Xaqani Cəfərli qeyd edib ki, ikinci Xartiya da avtoritarizm və totalitarizmin ideoloji müharibə elan etdiyi, inzibati terror tətbiq etdiyi liberal-demokart dəyərləri, bu dəyərlərin hakim olduğu çoğrafiyanı müdafiə etmək məqsədi daşıyır: "Avtoritarizm və totalitarizmə qarşı müharibə də məhz həmin gün, 10 iyun 2021-ci ildə yeni Atlantika Xartiyasının imzalanması ilə elan olunub. Birinci Xartiya faşizm və kommunizmə qalib gəldiyi kimi, ikinci Xartiya da avtoritarzizm və totalitarizmə qalib gələcək. Çünki azadlıqların qələbəsinin alternativi yoxdur. Azadlıqların qələbəsi tarixin inkişaf dinamikasının diqtə etdiyi qanunauyğunluqdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya