Saat:01:58
Haqqımızda

Ukraynanın tam yarısını aldıq - Miroşnik

2022-03-01 15:48:00

Ukraynanın tam yarısını aldıq - Miroşnik

Əldə etdiyimiz son məlumata əsasən artıq Ukraynanın tam yarısı Rusiya silahlı qüvvələrinin nəzarəti atındadır. 8 il idi ki, rəsmi Kiyev müharibə istəyirdi – indi buyurun, müharibə evlərinizə qədər gəlib çıxdı.

Axar.az xəbər verir ki, bu fikirlərlə rusiyalı siyası ekspert Radion Miroşnik çıxış edib.

“Rusiya ordusu indi bu ərazilərdə möhkəmləmə işləri aparır. İndi söz Kiyevin hərbi-siyasi rəhbərliyindədir. Ya Rusiyaya müqavimət göstərən qüvvələr əllərini yuxarı qaldırıb təslim olacaqlar, ya da məhv ediləcək. Artıq yüzlərlə Ukyaynalı hərbiçi təslim olub. Onlardan yazılı razılıq alınıb, vəssalam. Gizli ölüm halları, işgəncə yoxdur. Biz, əksinə, onların bu hərəkətlərini dəstəkləyirik. Onların hamısı hərbi faza bitdikdən sonra azadlığa buraxılacaq”, - deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, Kiyev silahı etdirmək əvəzinə onu qatı cinayətkarlıqda suçlanan dustaqlara paylayır:

Kiyev hakimiyyəti anlamır ki, bu silahlar bir azdan Ukraynada vətəndaş müharibəsinə yol açacaq. Bu artıq şezofreniyadır”.

Axar.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR