Ukraynanın parçalanması ssenarisi... - Fenenko

2022-04-29 10:05:00

Ukraynanın parçalanması ssenarisi... - Fenenko

Polşa Ukraynanın qərb vilayətlərinin işğalını hələ 2014-cü ildə planlaşdırıb.

Hurriyyet.az xəbər verir ki, belə bir iddia ilə MDU-nin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, tanınmış politoloq Aleksey Fenenko çıxış edib.

“Bu ideya artıq 2014-cü ildən dövriyyədədir. Belə ki, son anda Kiyev hakimiyyətinin Qərbi Ukraynaya qaçması nəzərdə tutulurdu: əvvəlcə Qərb onları qanuni hakimiyyət kimi tanıyır, sonra isə Polşa və Macarıstan ordan ərazi qoparır... Onlar Rusiya ilə qətiyyən üz-üzə gəlmək istəməzlər, ancaq “bir hissə” qoparmağı arzulayarlar”, - o deyib.

Fenenkonun sözlərinə görə, NATO belə bir qərarı yalnız dəstəkləyə bilər, çünki bu halda Ukraynanın hansısa hissəsi onların nəzarətinə keçmiş olacaq:

“Bu ssenari Rusiyanın Kiyevi götürəcəyi hal üçün hazırlanmışdı. Ancaq Rusiya ordusunu Kiyev və Çerniqovdan geri çəkəndən sonra bu ssenarini müvəqqəti olaraq dayandırdı. Ancaq indi – Donbasda baş verən son hadisələrlə bağlı onlar yenidən bu ssenariyə qayıdıblar”.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Polşanın Qərbi Ukraynanı özünə birləşdirmək planları hazırladığını bildirmişdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya