Ukraynanın mərkəzinə hücum edən İran dronları məhv edildi
2023-01-26 13:08:00

Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının “Feysbuk” səhifəsində verilən məlumatda yanvarın 26-na keçən gecə Rusiya qüvvələrinin Ukraynaya İran istehsalı olan “Şahed-136/131” (Rusiya tərəfindən “Geran” adlandırılıb) kamikadze-dronları ilə hücum elədiyi bildirilir.
Açıqlamada deyilir: “Hücum edən 24 PUA-nın hamısı zenit-raket bölmələri, qırıcı aviasiya, Hava Qüvvələrinin mobil atəş qrupları, Ukrayanın Silahlı Qüvvələrinin digər hərbi hissələrinin HHM bölmələri tərəfindən məhv edilib”.
Kamikadze dronların böyük əksəriyyətinin ölkənin mərkəzində - “Mərkəz” hava komandanlığının xidmət zonasında məhv edildiyi bildirilir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya