Ukraynanın Krımdakı Rusiya HHM sistemlərini sıradan çıxarmaqda MƏQSƏDİ...

Şahin Cəfərli: "Bu, Rusiya ordusunun orada yerləşən quru və hava qüvvələrinin bazalarına daha rahat zərbələr endirməyə və beləliklə, yarımadanın demilitarizasiyasına imkan verəcək"
"Krımdakı Rusiya HHM (hava hücumundan müdafiə-red.) sistemlərinin sistemli şəkildə sıradan çıxarılması davam edir. Bu gün səhərə yaxın Yevpatoriyada (tatarca adı: Kezlev) növbəti S-400 "Triumf" zenit-raket kompleksi məhv edilib. Əməliyyat zamanı əvvəlcə kamikadze dronlar radarları vurub, sonra buraxıcı qurğulara 2 ədəd "Neptun" raketi ilə zərbə endirilib. Ötən ay Krımın Tarhanqut burnunda daha bir S-400 məhv edilmişdi". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.
Siyasi şərhçi hesab edir ki, Krımda HHM sistemlərinin sıradan çıxarılması Rusiya ordusunun orada yerləşən quru və hava qüvvələrinin bazalarına daha rahat zərbələr endirməyə və beləliklə, yarımadanın demilitarizasiyasına imkan verəcək: "Bu halda Ukrayna ordusunun Krım inzibati sərhədlərinə çıxdıqdan sonra içəriyə daxil olub, qanlı döyüşlər aparmasına bəlkə də ehtiyac qalmayacaq, yaxud bu əməliyyat daha asan başa gələcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya