Saat:08:27
Haqqımızda

Ukraynanın ixracında aqrar məhsullar rekord həddə çatıb

2024-01-31 21:30:32

Ukraynanın ixracında aqrar məhsullar rekord həddə çatıb

Ukraynanın ümumi ixracında kənd təsərrüfatı sektorunun payı müstəqillik tarixində ən yüksək səviyyəyə çatıb.

Bu məlumatı “Aqrar İqtisadiyyat İnstitutu” Milli Tədqiqat Mərkəzinin direktor müavini Nikolay Puqaçov verib.

Onun sözlərinə görə, 2023-cü ildə Ukraynanın ümumi ixracında kənd təsərrüfatı məhsullarının payı 2022-ci ildəki 53 faizlə müqayisədə 62 faizə yüksəlib.

Ötən il Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracında Avropa İttifaqının payı maksimum həddə çatıb – 57 faiz. Ukrayna kənd təsərrüfatı məhsullarının idxalçıları reytinqinə Ukraynanın ümumi ixracatında payı 13 faizə çatan Rumıniya başçılıq edir. İkinci yerdə 10 faizlə Çin, üçüncü yerdə 9 faizlə Türkiyə qərarlaşıb. Ukrayna məhsullarının idxalına qoyulan məhdudiyyətlər nəticəsində Polşa əsas alıcı statusunu itirib, həmçinin idxalı üçdə bir azaldıb.

Kənd təsərrüfatı ixracının əsas məhsulları taxıl bitkiləri, yağlar və piylər, müxtəlif yağlı bitkilər, ət və sakatat, şəkər və qənnadı məmulatları, habelə Ukrayna tarixində rekord miqdarda dondurulmuş giləmeyvə və digər meyvələr olub - 87 min ton.

Mütəxəssislər 1992-ci ildən kompleks sənaye məhsullarının ixrac payının davamlı olaraq azaldığını və Ukrayna ixracının ümumi strukturunda kənd təsərrüfatı sektorunun payının artdığını qeyd ediblər. Belə ki, hələ 2006-cı ildə kənd təsərrüfatı məhsullarının ümumi ixracda xüsusi çəkisi 10,4 faiz, 2014-cü ildə 16,2 faiz olub. Bu prosesdə Ukraynın əsas sənaye bölgələri olan Donbas və Luqanskın Rusiya tərəfindən ilhaqı mühüm rol oynayıb. \\Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.181315