Ukraynanın hərbi kəşfiyyatı: Rusiyanın iki və ya üç böyük hücuma bəs edəcək raketi var

2023-01-04 15:45:00

Ukraynanın hərbi kəşfiyyatı: Rusiyanın iki və ya üç böyük hücuma bəs edəcək raketi var

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski "RBK-Ukrayna"ya müsahibəsində əməliyyat məlumatlarına istinadən bildirib ki, Rusiyanın daha iki və ya üç dəfə 80 raketdən ibarət kütləvi zərbələrə bəs edəcək qədər raket ehtiyatı var.
Onun sözlərinə görə, ruslar artıq öz strateji silah anbarını işə salıblar ki, bu da reqlamentə əsasən, mövcud raketlərin ümumi sayının 30%-ni təşkil edir.
"Onlar ehtiyatlarını artırmalıdırlar. Yeri gəlmişkən, bu, 2022-ci ildə istehsal olunmuş raketlərin çoxlu qəlpələrinin indi, o cümlədən üçüncü rübdə tapılmasının səbəbini izah edir. Bu, onların istehsaldan dərhal ordunun istifadəsinə verildiyini deməyə əsas verir", deyə Skibitski bildirib.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya ehtiyatlarını artırmaq üçün ayda 30 ədəd "X-101" qanadlı raketləri və 15-20 ədəd "Kalibr" istehsal edə bilir.
Rusiya silah ehtiyatlarını və sənayenin onları istehsal etmək qabiliyyətini açıqlamır. Müstəqil ekspertlər də hesab edir ki, Rusiyanın silah ehtiyatları, xüsusən də yüksək dəqiqlikli silahlar getdikcə azalır, lakin Skibitskinin gətirdiyi konkret rəqəmləri yoxlamaq mümkün deyil.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya ordusu yüksək dəqiqlikli raketlərin çatışmazlığını onları "X-22", "S-300" və kamikadze PUA-larla bir araya gətirərək kompensasiya etməyə çalışacaq.
PUA-lara gəlincə, Skibitskinin sözlərinə görə, "Rusiya İrandan sifariş edilən 1750 PUA-nın  təxminən 660-dan artığını istifadə edib. Lakin şaxtanın başlanğıcı ilə dronların istifadəsi çox çətin ola bilər".

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.246130