Ukraynanın ən zəngin adamı Mariupolun bərpasına yardım edəcək

2022-04-16 23:42:00

Ukraynanın ən zəngin adamı Mariupolun bərpasına yardım edəcək

Ukraynanın ən zəngin adamı olan Rinat Axmetov Mariupolun bərpasına kömək edəcəyinə söz verib. O, şəhəri “qəhrəmanlıq nümunəsi” adlandırıb.

“Mariupol ümumdünya faciəsi və qəhrəmanlıq nümunəsidir”, - deyə milyarder bildirib.

Axmetov fevralın 23-də Ukraynaya qayıtdığını və o vaxtdan bəri ölkədə qaldığını bəyan edib. Lakin o, dəqiq harada olduğunu açıqlamayıb.

Qeyd edək ki, hazırda Mariupolda Axmetova məxsus “Metinvest” qrupunun iki müəssisəsi var: “İliç” metal zavodu və “Azovstal” zavodu.

Xatırladaq ki, Axmetov “Forbes” reytinqində ukraynalı milyarderlər arasında birinci yerdədir. Onun sərvətini 4,2 milyard dollar səviyyyəsində qiymətləndirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya