Ukraynanın eks-prezidenti Leonid Kuçmadan AÇIQLAMA: "Ukraynadan sonra Rusiya Moldovaya, Qazaxıstana və Gürcüstana hücum edəcək"

2022-08-04 17:04:00

Ukraynanın eks-prezidenti Leonid Kuçmadan AÇIQLAMA:

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma hesab edir ki, Ukraynadan sonra Rusiya Moldovaya, Qazaxıstana və Gürcüstana hücum edəcək. O, bu barədə BBC-yə müsahibəsində bildirib.
Onun fikrincə, ən böyük təhlükə Litva və ya Polşanı deyil, NATO-dan kənar postsovet respublikalarını təhdid edir. “Moldova və Şimali Qazaxıstanla bağlı eyhamlar artıq adi hala çevrilib və indi bu kontekstdə Gürcüstanın da adı çəkilir. Axı, Rusiya yalnız bəzən ondan daha zəif olanlara və hətta ən yaxşısı-bu zəiflər sırasında ən zəif olanlara hücumdan başlayır", deyə Kuçma bildirib.
Kuçma həmçinin deyib ki, NATO-ya birbaşa meydan oxumaq “məncə, Rusiyalıq deyil”.
Onun fikrincə, əgər Ukrayna bu olanlara tab gətirsə, o zaman Rusiyanın digər postsovet ölkələrinə hücumu baş verməyəcək.
Xatırladaq ki, bundan əvvəl Polşa prezidentinin Putinin imperiya planlarından qorxduğu və Mərkəzi Avropa ölkələrini müdafiəni gücləndirməyə çağırdığı bildirilmişdi.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.076170