Saat:05:23
Haqqımızda

Ukraynanın dron hücumları Rusiyanın benzin istehsalına necə təsir edib? – Son rəqəmlər

2024-03-28 15:22:26

Ukraynanın dron hücumları Rusiyanın benzin istehsalına necə təsir edib? – Son rəqəmlər

Bu ilin 18-24 mart tarixlərində Rusiyada 754,6 min ton avtomobil benzini istehsal edilib.

Hurriyyet.az xəbər verir ki, benzin istehsalı əvvəlki dövr – 11-17 mart tarixlərində istehsal olunan benzin ilə müqayisədə 7,4% azalıb.

Məlumat üçün bildirək ki, 11-17 mart tarixlərində istehsal olunan benzinin miqdarı ( 815,3 min ton) isə 4-10 mart tarixlərində istehsal olunan benzin (838,9 min ton) ilə müqayisədə 2,8% aşağı düşüb.

Bu ilin fevral ayında Rusiyada ümumilkdə 3 638 min ton benzin istehsal olunub ki, bu da yanvar ayı ilə müqayisədə 4,9% az olub.

Onu da qeyd edək ki, son zamanlar Ukrayna Rusiyanın neft emalı müəssisələrinə pilotsuz uçuş aparatları ilə silsilə zərbələr edirir. Rusiyada avtomobil benzini istehsalında qeydə alınan azalmaların bu hücumlarla əlaqəli olub-olmadığı barədə hər hansı bir rəsmi açıqlma veriməyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR