"Ukraynanın bərpası 600 milyard dollara başa gələcək" - Baş nazir

2022-04-28 00:03:00

Müharibədən sonra Ukraynanın tammiqyaslı yenidən qurulması təxminən 600 milyard dollara başa gələcək.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıxalın “The Economist” jurnalında dərc olunan yazısında qeyd edilib.

"Hazırda Rusiya işğalının səbəb olduğu dağıntıları dəqiq hesablamaq üçün yaradılmış 14 hökumət qrupu var. Bu, təkcə infrastruktura dəyən ziyan deyil, həmçinin ətraf mühitə və istehsalata dəyən zərərdir".

Onun sözlərinə görə, hökumət artıq uzunmüddətli bərpa üçün fond yaradıb. Fond logistika və inzibati xərcləri azaldacaq.

Baş nazir əmindir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi qlobal iqtisadiyyata daha geniş iqtisadi zərbə vurub. Keçən il Ukrayna Avropa İttifaqının taxıl idxalının 14%-ni təşkil edərək, qitənin ikinci ən böyük taxıl tədarükçüsü olub. Həmçinin, Ukrayna 47% pay ilə dünyanın ən böyük günəbaxan yağı ixracatçısı idi. \\AzVision.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya