Saat:00:40
Haqqımızda

Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib

2025-04-07 12:24:11

Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib

Ukraynanın Azərbaycandakı səfirliyində Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində həyatını itirənlərin xatirəsinə başsağlığı kitabı açılacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycandakı səfirlikdə matəm əlaməti olaraq Ukraynanın dövlət bayrağı yarıya qədər endirilib.

"Ürəyimiz Krivı Roqdakı qurbanlar və Rusiya təcavüzü nəticəsində hər gün itirilən bütün insanlar üçün ağrıyır".

Qeyd edilib ki, başsağlığı kitabı Ukraynanın Azərbaycandakı səfirliyində bu gün saat 14:00-18:00, sabah isə 12:00-18:00 saatları arasında açılacaq. Eyni zamanda, başsağlığı mesajları [email protected] elektron poçtu vasitəsilə də göndərilə bilər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.170280