Ukraynanın Azərbaycandakı səfirindən “Qarabağ”a dəstək

2022-08-03 22:09:00

Ukraynanın Azərbaycandakı səfirindən “Qarabağ”a dəstək

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Qarabağ” futbol klubuna dəstək verib.

Diplomat bu barədə tviter hesabında yazıb.

Ukrayna “Qarabağ”a azarkeşlik edir.

“Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - "Ferensvaros" matçına yeni start verilib.

Azərbaycanlı dostlarımıza qələbə arzulayırıq”, - səfir vurğulayıb.

Qeyd edək ki, Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb. İlk yarıdan sonra hesab 1:1-dir. Qonaqlardan Frank Boli, meydan sahiblərindən isə Kvabena Ovusu fərqlənib. \\Cebhe.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000089