Ukraynanı Rusiya üçün sərfəli olan “sülhə” təşviq eləməyə başlayıblar – Zelenski

2022-06-06 20:23:00

Ukraynanı Rusiya üçün sərfəli olan “sülhə” təşviq eləməyə başlayıblar – Zelenski

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Qərb siyasətçilərinin və mediasının müharibə sona çatana qədər ölkəsini Ukrayna üçün sərfəli olmayan nəticələrə doğru sürükləməyə başladığını, lakin bütün bunlara rəğmən heç kimlə belə danışıqlar aparmadığını bildirib.

Zelenski bu gün jurnalistlərə açıqlamasında deyib:

“Planlarla (sülh planları – red.) bağlı heç bir danışıq aparmıram, bu gün belə danışıqlar sıfır səviyyəsindədir”.

“Hamı bizi bizim üçün dəqiq arzuolunmaz olan hansısa nəticəyə doğru maksimal şəkildə itələməyi çox istəyir. Halbuki hələ heç kəs bizdən bunu soruşmayıb. Bu nəticələr öz maraqları olan bu və ya digər tərəflərə sərf edir. Bu maraqlar da müxtəlifdir – həm maliyyə, həm də siyasi maraqları olanlar var. Yorğunluq artır, insanlar özləri üçün hansısa nəticələrin olmasını istəyirlər, bizlər üçün isə özümüz üçün olan nəticə lazımdır. Hazırda bu müharibənin bizim üçün müsbət həlli məsələsini onlarla müzakirə eləməmişəm”.

Bununla yanaşı, Zelenski bildirib ki, Ukrayna bütün Avropa və dünya dövlətləri ilə əməkdaşlıq eləməlidir.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya