Saat:04:20
Haqqımızda

Ukraynanı bu gözləyir... - Pentaqon şefindən Kiyevdə şok açıqlama

2023-11-21 16:42:39

Ukraynanı bu gözləyir... - Pentaqon şefindən Kiyevdə şok açıqlama

Ukrayna ordusunu ağır, yorucu döyüş gözləyir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Ostin mətbuat konfransda deyib.

Ostin F-16 təyyarələrinin Ukraynaya tədarükünün döyüş meydanındakı vəziyyəti kökündən dəyişdirə biləcəkmi sualına cavabında “belə münaqişələrdə sehrli çubuq yoxdur” deyib və bununla Ukraynaya F-16-ların tədarük edilməyəcəyini, həm də döyüş meydanında vəziyyəti Kiyevin xeyrinə dəyişməyin mümkünsüz olduğu mesajını verib.

“Hər şey hərbi imkanlardan və onların inteqrasiyasından asılıdır, istər F-16, istər HIMARS, istərsə başqa silahlar. Hər şey sizin bu imkanlardan necə istifadə edəcəyinizdən və döyüş meydanında lazımı nəticə əldə etmək üçün sinxronlaşdırmağınızdan asılıdır”, - Ostin deyib.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya hərbi yardımının azaldığı və yaxın dövrdə Kiyevin Moskva ilə danışıqlara məcbur ediləcəyi haqda məlumatlar yayılıb.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000086