Ukraynalılara yer vermək istəyən ölkə suriyalıları Afrikaya göndərəcək - Skandal

2022-04-20 22:58:00

Ukraynalılara yer vermək istəyən ölkə suriyalıları Afrikaya göndərəcək - Skandal

Rusiyanın Ukraynaya işğalçı hücumundan təxminən iki aya yaxın vaxt keçir. Bu müddətdə beş milyona yaxın ukraynalı müxtəlif ölkələrə köç edib. Amma ölkə sərhədləri daxilində təhlükəsiz yerlərlə getmək üçün yollar axtaranlar da var.

Ukraynalı qaçqınlara yer ayırmaq istəyən ölkələr müxtəlif yollar axtarmağa başlayıblar.

Müharibədən qaçan suriyalı və əfqanların olduğu ölkələrdən biri olan İngiltərə “həll”i ölkəyə qeyri-qanuni yollarla daxil olan müsəlman miqrantları on min kilometr uzaqlıqdakı Afrika ölkəsinə - Ruandaya göndərməkdə tapıb.

Kəskin reaksiyaya səbəb olan bu qərardan sonra Danimarka da eyni yola əl atmağa hazırlaşır. Ukraynalı qaçqınlara yer açmaq üçün Ruanda ilə danışıqlara başlayan Danimarkanın miqrasiya naziri Mattias Tesfaye mövzu ilə bağlı açıqlama verib. “Röyter”ə danışan Tesfaye bildirib ki, Ruanda ilə danışıqlar davam edir, amma bu mərhələdə heç bir razılıq əldə olunmayıb.

Danimarka Baş nazir Mette Frederiksen də ukraynalı qaçqınların vəziyyəti ilə bağlı açıqlama verib: “Qaçqın olmaq müvəqqətidir, ona görə də imkanınız olanda geri qayıdıb vətəninizin qurulmasına kömək etməlisiniz. Bu, bizə digər qaçqınlara kömək etmək imkanı verir”.

Bundan əlavə, Danimarka parlamenti iki illik yaşayış icazəsinin müddətini uzadıb.

Digər tərəfdən, Danimarkanın suriyalılara tətbiq etdiyi “şəxsi əşyaları müsadirə etmək qanununu”nun ukraynalılara şamil olunmayacağı da etirazlara səbəb olub. \\Teleqraf.com 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya