Saat:11:45
Haqqımızda

Ukraynalılar Putinə cavab verdi: Eyni xalq deyilik...

2021-07-28 00:12:00

Ukraynalılar Putinə cavab verdi: Eyni xalq deyilik...

Ukrayna əhalisinin 55 faizi Rusiya Prezidenti Vladimir Putinin ruslar və ukraynalıların eyni xalq olmaları fikri ilə razı deyil.

Bu nəticə Ukrayna sosioloqlarının apardıqları sorğudan sonra ortaya çıxıb.

Sorğuya əsasən, Qərbi Ukrayna əhalisinin 75 faizi, ölkənin mərkəzi regionlarının isə 60 faizi Putinlə razı olmayıb. Respondentlərin 41 faizi isə Putinin fikirləri ilə razılaşıb. Razı olanlar əsasən Ukraynanın şərq rayonlarının əhalisi olub.

Bundan başqa, sorğuda iştirak edənlərin 75 faizi Ukraynanı Kiyev Rus dövlətinin varisi hesab ediblər. \\Axar

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR