Saat:23:02
Haqqımızda

Ukraynalılar müraciət elədi: “Ümidimiz sizədir, Ərdoğan, Mariupolu xilas et”

2022-05-16 18:50:00

Ukraynalılar müraciət elədi: “Ümidimiz sizədir, Ərdoğan, Mariupolu xilas et”

Avroviziya müsabiqəsinin qalibi də müraciət edənlər arasındadır

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Mariupol qarnizonunun döyüşçülərinin doğmaları Türkiyədə mətbuat konfransı keçiblər. Onlar Prezident R.T.Ərdoğana müraciət edərək “Azovstal” müdafiəçilərinin xilas edilməsi işinə Çin dövlətinin başçısı Si Cinpini cəlb eləməyi xahiş ediblər.

Ukraynalı müğənni (2004-cü il Avroviziya müsabiqəsinin qalibi olmuş) Ruslana Lıjiçko deyib: “Xahiş edirik, onların oradan çıxarılması və təxliyyə edilməsi üçün yol tapın. Oradakı insanlar dəhşətli şəraitdədirlər”.

Həyat yoldaşı döyüşçü olan Nataliya adlı xanım deyib: “Son ümidimiz sizədir. İnanırıq ki, Rəcəb Tayyib Ərdoğanın simasında Türkiyə, və Si Cinpinin simasında Çin və Uca Tanrının özü “Azovstal”ı və oradakı insanların xilas olmasına yardım edəcəklər. Cənab Rəcəb Tayyib Ərdoğan, Si Cinpinə müraciət edin və birlikdə müdafiəçiləri xilas edin”.

Mariupol müdafiəçilərinin yaxınları türkiyəli jurnalistlərə bildiriblər ki, rusiyalılar hər gün “Azovstal”ı atəşə tuturlar və hər gün zavoda 500kiloqram ağırlığında “binkerəleyhinə” bombalar atırlar”.

Mayın 14-də “Azovstal” müdafiəçilərinin qohumları Çini ukraynalı hərbçilərin Mariupoldan təxliyyə edilməsinə kömək eləməyə çağırmışdılar.

Türkiyə Prezidentinin mətbuat katibi və xarici məsələlər üzrə baş müşaviri İbrahim Kalın bəyan eləmişdi ki, Türkiyə Mariupoldakı poladtökmə zavodunda gizlənmiş yaralı ukraynalı hərbçilərin dəniz yolu ilə təxliyyə edilməsini təklif edir.

Mayın 15-də “Azovstal” müdafiəçilərinin dördünün həyat yoldaşları onlayn konfrans keçirərək dünya ictimaiyyətini təkcə yaralıları yox, bütün qarnizonu təxliyyə eləmək üçün səy göstərməyə çağırmışdılar. Onların sözlərinə görə, zavodun altındakı sığınacaqda yemək, su və tibbi ləvazimatlar demək olar ki, qalmayıb.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR