Saat:12:55
Haqqımızda

“Ukraynalılar bunun bahasını canları ilə ödəyirlər, biz isə pul ilə” – NATO-dan açıqlama

2022-12-02 18:12:00

“Ukraynalılar bunun bahasını canları ilə ödəyirlər, biz isə pul ilə” – NATO-dan açıqlama

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna müharibəsi səbəbindən ərzaq və enerji qiymətlərinin gündən-günə bahalaşmasını diqqətə çatdıraraq deyib: “Ukraynalılar bunun bahasını canları ilə ödəyirlər, biz isə pul ilə”.

Stoltenberq bu sözləri Berlində, Almaniya kansleri Olaf Şoltzla görüşündən sonra keçirilən mətbuat konfransında söyləyib.

NATO-nun Baş katibi deyib: “Rusiyanın Ukraynadakı qanunsuz müharibəsi hər gün ölümlərə və safalətə səəb olmağa davam edir. Qışın yaxınlaşdığı bir zamanda Rusiya Ukraynanın enerji infrastrukturunu bombalayır və ukraynalıları soyuq və aclıq içərisində qoymağa çalışır”.

Rusiya Prezidenti Vladimir Putinin qışdan silah kimi istifadə elədiyini vurğulayan Stoltenberq Putinin qələbə çalmasına imkan verməməyin lazım olduğunu diqqətə çatdırıb: “Bu çətin məqamda Ukraynaya verdiyimiz ardıcıl dəstək həmişəkindən daha mühümdür. NATO döyüş tərəfdarı deyil. Putinin müharibəsinə sürüklənməyəcəyik. BMT Nizamnaməsində əks olunmuş özünümüdafiə hüququ məsələsində Ukraynanın yanındayıq”.

Stoltenberq Almaniyanın Ukraynaya ən çox hərbi, maliyyə və humanitar yardım göstərən müttəfiqlər sırasında olduğunu deyib: “Almaniyanın verdiyi hərbi təchizat Ukraynadakı evləri, məktəbləri və xəstəxanaları Rusiyanın raket hücumlarından qoruyur. Almaniyanın göndərdiyi silahlar həyatları xilas edir”.

NATO müttəfiqlərinin Ukraynanın suveren və müstəqil dövlət olaraq qələbə çalması üçün dəstək verməyə davam etməkdə qətiyyətli olduqlarını bildirən Stoltenberq söyləyib: “Ukraynaya verdiyimiz dəstəyin bizə baha başa gəldiyini bilirik. Ərzaq və enerji qiymətlərinin artması bir çoxumuz üçün çətin zamanlar deməkdir. Lakin ukraynalılar bunun bahasını canları ilə ödəyərkən, biz pul ilə ödəyirik”.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR