Ukraynalı dünya çempionuna Azərbaycan pasportu verildi - EKSKLÜZİV + FOTO/VİDEO

2022-05-12 11:30:00

Ukraynalı dünya çempionuna Azərbaycan pasportu verildi - EKSKLÜZİV + FOTO/VİDEO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ukraynalı dünya çempionunu milliləşdirib.

Hurriyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, bu, Diana Dımçenkodur.

O, bundan sonra akademik avarçəkmə yarışlarında Azərbaycanı təmsil edəcək. 32 yaşlı idmançının vətəndaşlığını dəyişməsində ölkəsində baş verən müharibə ilə əlaqədar Ukraynanın beynəlxalq yarışlarda iştirakının mümkünsüzlüyü də rol oynayıb.

Qeyd edək ki, Dımçenko 2018-ci ildə Böyük Britaniyanın (Şotlandiyanın) Qlazqo şəhərində Avropa çempionatının bürünc medalını qazanıb. Həmin vaxt o, 07:32.670 vaxt göstəricisi ilə finişə çatıb. Dımçenko ötən il Dünya Kubokunun Italiyada keçirilmiş III mərhələsinin qalibi adını qazanıb. O, ardıcıl dörd il (2017-2020) sahildə keçirilən akademik avarçəkmə üzrə dünya çempionu olub.

Ukraynalı idmançı bu ay Suqovuşan və Mingəçevirdə keçirilmiş “Prezident Kuboku-2022” yarışını tribunadan izləyənlər arasında olub. Diana Dımçenkonun 28-29 mayda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Dünya Kubokunun I mərhələsində iştirakı gözlənilir.

Xatırladaq ki, əvvəllər də Ukraynadan olan idmançılar bu idman növündə Azərbaycanı təmsil edib. Belə ki, bunlardan Valentin Demyanenko 2016-cı il Olimpiadasında gümüş, İnna Osıpenko-Radomskaya bürünc medal qazanıb. Hər iki idmançı 200 metr məsafəyə kanoe yarışında bu nəticəyə nail olub.

Səbuhi Musa


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya