Ukraynalı deputat: Rusiya tezliklə İrandan daha 100 dron alacaq

2022-08-31 14:29:00

Ukraynalı deputat: Rusiya tezliklə İrandan daha 100 dron alacaq

Ukrayna parlamentində təmsil olunan “Holos” partiyasının lideri Yuliya Klimenko deyib ki, yaxın gələcəkdə Rusiya bu yaxınlarda İrandan aldığı dronlardan əlavə, Tehrandan daha 100 PUA təyyarə almağa hazırlaşır.
Onun sözlərinə görə, rus əsgərləri İran ərazisində İran dronları ilə işləmək üçün təlim keçiblər.
Ukrayna parlamentinin üzvü İranın Rusiyaya pilotsuz təyyarə göndərməsindən “dərin sarsıntı keçirdiyini və narahat olduğunu” bildirib.
“Vaşinqton Post” qəzetinin yazdığına görə, Rusiya qüvvələri həmin pilotsuz təyyarələrin ilkin sınaqları zamanı texniki qüsurlar görüb və bu məsələ Rusiyanın narazılığına səbəb olub.
ABŞ-la müttəfiq ölkələrin birində pilotsuz təyyarələrin təhvil verilməsini yaxından izləyən təhlükəsizlik üzrə rəsmi şəxs “Vaşinqton Post”a açıqlamasında İran dronlarının sistemində bir sıra nasazlıqların olduğunu və rusların bundan məmnun qalmadığını bildirib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.074064